EN

Fransa həbsxanalarında genişmiqyaslı əməliyyatlar həyata keçirilir

Qadağan olunmuş əşyaların müsadirə edilməsi məqsədilə Fransa həbsxanalarında genişmiqyaslı əməliyyatlar davam etdirilir.

“Le Figaro” xəbər verir ki, bu ölkənin ədliyyə naziri Jerald Darmanin BFM TV-də 80 həbsxanada aparılan axtarışlar nəticəsində 1100 mobil telefonun, 10 kiloqram narkotikanın və 1500 qadağan olunmuş əşyanın – “ağıllı” eynəklərin və s.-nin müsadirə edildiyini açıqlayıb.

“Həbsxanalarımızda qayda-qanunu bərpa etməliyik”, – deyən nazir gələn il işçi çatışmazlığını aradan qaldırmaq üçün min nəfər həbsxana mühafizəçisinin işə götürüləcəyini də bildirib. O ümumilikdə həbsxana sisteminə hazırda təxminən 4 min əlavə mühafizəçinin tələb olunduğunu diqqətə çatdırıb.

Fransa həbsxanalarında müvafiq əməliyyatların ilin sonunadək davam edəcəyi bildirilir.

AzPost.az

Chosen
14
4
azpost.info

5Sources