EN

Keçmiş deputat: Ulu Öndər hər zaman xalqı və dövləti düşünürdü

Bakı, 12 dekabr, AZƏRTAC

Ulu Öndərimiz Heydər Əliyev müstəqil, suveren Azərbaycanın memarıdır. Ümummilli Liderimiz xalqımızın qəlbində daim yaşayacaqdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında keçmiş deputat Şaitdin Əliyev deyib.

Ümummilli Liderlə bağlı xatirələrini bölüşən Ş.Əliyev bildirib ki, Ulu Öndər hər zaman xalqı və dövləti düşünürdü.

“Mənə qismət olub ki, Milli Məclisin deputatı kimi iki dəfə xarici səfərdə Ulu Öndərimizin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində olmuşam. Belə ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində mən də Səudiyyə Ərəbistanında Məkkə ziyarətində iştirak edirdim. Kəbəyə daxil olan zaman dualar edildi. Heydər Əliyevin dediyi dualar bu günə kimi yadımdadır. O, Allaha dua edirdi ki, xalqımıza kömək olsun. Dövlətimiz, xalqımız çətin vəziyyətdədir. Bu çətinliklər tezliklə aradan qaldırılsın. Azərbaycan xalqı xoşbəxt yaşasın. Azərbaycan dövləti inkişaf etsin”, - deyə o vurğulayıb.

Artıq həmin dualar qəbul olunduğunu, Qarabağın sürətlə inkişaf etdiyi deyən Ş.Əliyev əlavə edib: “Azərbaycan xalqı bu gün öz Prezidenti ilə birlikdədir. Biz əminik ki, Azərbaycanın gələcəyi daha da parlaq olacaq”.

Chosen
23
azertag.az

1Sources