EN

Enzo Mareska Delapın zədəsi və Palmerin durumu barədə açıqlama verib

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Enzo Mareska komandanın bir neçə futbolçusunun durumu ilə bağlı məlumat verib.

İdman.Biz xəbər verir ki, mütəxəssis həm Liam Delapın zədəsi, həm də Koul Palmerin vəziyyətinə aydınlıq gətirib.

Mareska Delapla bağlı qeyri-müəyyənliyin davam etdiyini bildirib:

“Biz hələ Delapın nə qədər müddətə sıradan çıxdığını bilmirik. Bu, iki, üç və ya dörd həftə ola bilər. Dəqiq demək mümkün deyil”.

Baş məşqçi eyni zamanda yarımmüdafiəçi Uesli Fofananın artıq oynamağa hazır olduğunu və komandanın sərəncamında olduğunu da qeyd edib.

Mareska Koul Palmerin durumu ilə bağlı isə müsbət açıqlama verib:

“Koul Palmer yaxşıdır. Onun vəziyyəti daha da yaxşılaşıb və hazırda oynamağa hazırdır. Qarşıda bir məşq sessiyamız da var.”

O əlavə edib ki, futbolçu son məşqi müəyyən qarışıq hisslərlə başa vurub, lakin ciddi problem yoxdur və Palmerin durumu qənaətbəxşdir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
icma.az

2Sources