EN

Konstitusiya Məhkəməsinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)

Dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin anım günündə Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın məsul əməkdaşları Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar, əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Bildirib ki, daha sonra Konstitusiya Məhkəməsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə sədr Fərhad Abdullayev bildirib ki, Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan dahi rəhbər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.

Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müstəqil və suveren Azərbaycanın daxili və xarici siyasəti, respublikamızın dinamik inkişafı, beynəlxalq arenada sarsılmaz mövqeyi və böyük nüfuzu Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davamıdır.

Tədbirdə Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun "Heydər Əliyev və Azərbaycan ədliyyəsi" kitabının təqdimatı olub. Kitabda dahi şəxsiyyət Heydər Əliyevin həyat yolu, dövlətçilik fəlsəfəsi və Azərbaycan tarixində həlledici rolu sistemli şəkildə təhlil edilir.

Əsərdə Heydər Əliyevin rəhbərliyinin müxtəlif mərhələləri əhatə olunmaqla onun müasir dövlətçilik quruculuğuna verdiyi töhfələr, ədliyyə siyasəti və məhkəmə sistemi sahəsində həyata keçirdiyi islahatlar geniş şəkildə işıqlandırılır. Həmçinin, Ümummili Liderin siyasi varisliyi konsepsiyası, Prezident İlham Əliyevin demoktarik, hüquqi və dünyəvi dövlət quruculuğunda əldə etdiyi nailiyyətlər, eyni zamanda 2023-cü ilin "Heydər Əliyev İli" çərçivəsində görülən mühüm işlər analitik baxımdan təqdim edilir. Kitabın ana xəttində Ulu Öndərin zəngin irsinin öyrənilməsi, qiymətləndirilməsi və gələcək nəsillər üçün əhəmiyyəti haqqında elmi əsaslandırılmış nəticələri öz əksini tapır.

Konstitusiya
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
12
7
olaylar.az

9Sources