Bakı. Trend:
Qadağan olunmuş əşyaların müsadirə edilməsi məqsədilə Fransahəbsxanalarında genişmiqyaslı əməliyyatlar davam etdirilir.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Ölkənin ədliyyə naziri Jerald Darmanin BFM TV-də 80 həbsxanadaaparılan axtarışlar nəticəsində 1100 mobil telefonun, 10 kiloqramnarkotikanın və 1500 qadağan olunmuş əşyanın - “ağıllı” eynəklərinvə s.-nin müsadirə edildiyini açıqlayıb.
O, ümumilikdə həbsxana sisteminə hazırda təxminən 4 min əlavəmühafizəçinin tələb olunduğunu diqqətə çatdırıb.
Qeyd edilir ki, Fransa həbsxanalarında müvafiq əməliyyatlar ilsonunadək davam edəcək.