EN

Azərbaycanda qızıl və gümüş hasilatı artıb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 2815 kiloqram qızıl hasil olunub.

Day.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 248 kiloqram və ya 9,7 faiz artıb. Ötən ilin on bir ayı ərzində Azərbaycanda 2567 kiloqram qızıl çıxarılmışdı.

Cari ilin dekab ayının 1-ə olan vəziyyətə görə ölkədə hazır qızıl ehtiyatlarının həcmi 155 kiloeqram təşkil edib.

 

Cari ilin yanvar-noyabr aylarında ölkədə 3506 kiloqram gümüş hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 441 kiloqram və ya 14,4 faiz çoxdur.

Cari ilin dekabrın 1-ə olan vəziyyətə görə ölkədə hazır gümüş ehtiyatlarının həcmi 885,3 kiloqram təşkil edir.

Qeyd etmək lazımdır ki, hesabat dövründə mədənçıxarma sənayesində ümumi istehsal həcmi 34,8 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azdır.

Chosen
1
2
day.az

3Sources