Son 48 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölməsi Rusiyanın hərbi-nəqliyyat təyyarəsi olan “AN-26″nı hədəfə alaraq məhv edib.
KONKRET.az xəbər verir ki, təyyarə havaya qalxmağa hazırlaşdığı zaman dəqiq zərbə ilə sıradan çıxarılıb.
Əlavə olaraq, Ukrayna hərbçiləri iki əhəmiyyətli obyekti, “55Ж6М” “Nebo-M” və “64Н6Е” tipli radiolokasiya stansiyalarını da məhv edib.
Bu RLS sistemləri Rusiyanın S-300/S-400 hava hücumundan müdafiə komplekslərini dəstəkləyirdi.
Bu, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin fəaliyyətinin bir hissəsi kimi təqdim edilib.
Müşviq Tofiqoğlu
KONKRET.az