EN

ABŞ-nin Qəzza planı BƏLLİ OLDU: Beynəlxalq qüvvələr HƏMAS-a TOXUNMAYACAQ

Qəzzaya yerləşdiriləcək beynəlxalq qüvvələr HƏMAS-la savaşmayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. ABŞ gələn ilin əvvəlində bölgəyə sülhməramlı qüvvələr göndərməyi planlaşdırır.

ABŞ gələn ilin əvvəlində Qəzza zolağında Beynəlxalq Sabitləşdirmə Qüvvələrini (ISF) yerləşdirməyi planlaşdırır.

Rəsmi şəxslərin sözlərinə görə, bu qüvvələr HƏMAS-la hərbi toqquşmalarda iştirak etməyəcək. Onların missiyası regionda təhlükəsizliyi təmin etmək və demilitarizasiyaya dəstək verməkdən ibarət olacaq.

Mənbələr bildirir ki, beynəlxalq qüvvələr asayişin qorunması, Fələstin polisinə dəstək göstərilməsi və Qəzzada hərbi infrastrukturun bərpasının qarşısının alınması ilə məşğul olacaqlar.

Hazırda ABŞ rəsmiləri kontingentin sayı, tərkibi və səlahiyyətlərini müzakirə edirlər.

Qüvvələrin ilkin olaraq İsrailin nəzarətində olan ərazilərə yerləşdirilməsi, sülh sazişi çərçivəsində isə İsrail qoşunlarının tədricən bölgədən çıxarılması nəzərdə tutulur.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
85
interpress.az

1Sources