Bu yol bərbad vəziyyətdədir, sakinlər çətinlik çəkir...
Xezerxeber.az xəbər verir ki, görüntülər "Kür qırağı" adlandırılan Sabirabad-Şirvan yolundan gedir. Sözügedən yol Kür çayı sahilində yerləşən kəndlərin sakinlərinin istifadə etdikləri əsas yoldur.
SürücülÉ™r deyirlÉ™r ki, yolun bÉ™rbad vÉ™ziyyÉ™tdÉ™ olması onları xÉ™rcÉ™ salır.Â
Sakinlər deyirlər ki, sözügedən magistral yol vasitəsilə 20-dən çox kəndin rayon mərkəzi ilə əlaqəsi təmin edilir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.
Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən yolun təmiri investisiya proqramına salınıb və əsaslı təmir nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.