EN

Azərbaycanın 4 boksçusu Avropa çempionatının 1/4 finalına vəsiqə qazandı

Azərbaycanın 4 boksçusu Almaniyanın Keinbaum şəhərində keçirilən U-17 Avropa çempionatının 1/4 finalına vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, yarışın üçüncü günündə Şahin Aslanov (60 kq) Demid Kloçkonu (İsrail) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.

O, növbəti görüşünü dekabrın 14-də İvaylo Kolevə (Bolqarıstan) qarşı keçirəcək.

Adil Zalov (70 kq) da Avropa çempionatına qÉ™lÉ™bÉ™ ilÉ™ baÅŸlayıb. Boksçumuz 1/8 finalda Hakan Arda İlgündÉ™n (TürkiyÉ™) güclü olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Zalov dekabrın 13-dÉ™ Oskar Muszakovski (PolÅŸa) ilÉ™ üz-üzÉ™ gÉ™lÉ™cÉ™k.

Gülər Hüseynova (48 kq) Oleksandra Mişçenkoya (Ukrayna) heç bir şans verməyib. Hər 3 raundu aktivinə yazan milli üzvü yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. O, dekabrın 14-də 1/4 finalda Maria Spennato (İtaliya) ilə döyüşəcək.

Fidan Bakarova (63 kq) isÉ™ Antonina Binieçkanı (PolÅŸa) mübarizÉ™dÉ™n kÉ™narlaÅŸdırıb – 3:2 (29:26, 28:27, 29:26, 27:28, 27:28). O da dekabrın 14-dÉ™ növbÉ™ti görüşünÉ™ çıxacaq. Bakarova Rihanna HoldenlÉ™ (İngiltÉ™rÉ™) qüvvÉ™sini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatına dekabrın 17-də yekun vurulacaq.

Chosen
11
18
fanat.az

10Sources