EN

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb (FOTO)

Bakı. Trend:

12 dekabr tarixində Azərbaycan Xalqının Ümummilli Lideri HeydərƏliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar AzərbaycanRespublikasının Latviyadakı Səfirliyində anım tədbirikeçirilib.

Azərbaycanın Latviyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, öncə, Ulu ÖndərHeydər Əliyevin büstünün önünə əklil qoyulub və onun əziz xatirəsibir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxış edərək,müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlətxadimi Heydər Əliyevin keçdiyi mənalı və şərəfli həyat yolundan vəAzərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edib. SəfirUlu Öndər Heydər Əliyevin Azərbaycan xalqını müstəqilliyəqovuşdurmuş, sabitlik və inkişafa aparmış tarixi şəxsiyyət olduğunuvə onun siyasətinin layiqli davamçısı olan Prezident, Müzəffər AliBaş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazibütövlüyü və suverenliyinin bərpa olunduğunu və qüdrətli dövlətəçevrildiyini diqqətə çatdırıb.

Səfir Ümummilli Liderin ölkəmizin çoxşahəli və tarazlı xaricisiyasətinin əsasını qoyduğunu, o cümlədən Azərbaycan-Latviyaəlaqələrinin banisi olduğunu və ötən dövr ərzində ikitərəfliəlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeydedib.

E.Sultanov 2025-ci ilin Azərbaycan Respublikasında "Konstitusiyavə Suverenlik İli" elan olunduğunu diqqətə çatdıraraq, Ulu Öndərin1995-cil ildə qəbul olunmuş Konstitusiyanın hazırlanmasındamisilsiz əməyini vurğulayıb və bunun ölkəmizdə genişmiqyaslıqanunvericilik və institusional islahatların əsasını təşkiletdiyini söyləyib. O, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsininAzərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb.

Sonra Latviyada fəaliyyət göstərən “Azəri” cəmiyyətinin sədriUlduzxan Əhmədov çıxış edib. O, Ulu Öndərin müəllifi olduğuazərbaycançılıq məfkurəsinin xarici ölkələrdə yaşayanazərbaycanlıların təşkilatlanmasını və tarixi Vətənlə əlaqələriningüclənməsini özündə ehtiva etdiyini qeyd edərək, Heydər Əliyevindiaspor quruculuğundakı müstəsna rolundan bəhs edib.

Daha sonra Latviyada fəaliyyət göstərən “Azəri Vəhdət”cəmiyyətinin sədri Əlirza Hüseynov çıxış edib. O, Ulu Öndər HeydərƏliyevin xalqımızı mürəkkəb sınaqlardan uğurla çıxartdığınıvurğulayaraq, onun xilaskarlıq missiyasından danışıb.

Tədbirdə Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcədə Latviyada təhsil alan azərbaycanlı tələbələr iştirakediblər.

Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Məqalədə:
Chosen
116
4
az.trend.az

10Sources