EN

“Belə sərt oynama” – Messinin “Atlanta”nın müdafiəçisindən üzr tələbi

“Atlanta”nın rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançuk “İnter Mayami”nin hücumçusu Lionel Messinin çox sərt oynadığına görə onun komanda yoldaşından üzr tələb etməsindən danışıb.

İdman.Biz xəbər verir ki, Mirançuk “Atlanta” ilə “İnter Mayami” arasındakı matçda baş verən bir hadisədən bəhs edib.

“Atlanta”nın müdafiəçisi danışır ki, “topu Messidən sərt şəkildə aldım və o mənə dedi: “Sən məndən üzr istəmək istəmirsən?” O topu sərt şəkildə almışdı, özü də ispandır və Messi ilə öz dilində danışırdı. Müdafiəçi cavab verir:

“Leo, sənə hörmət edirəm, amma bu futboldur, üzr istəmək nəyə lazım?” Messi də “bir də belə sərt oynama” sayaq bir şey deyib.

Mənim onunla (Messi ilə-red.) heç bir münaqişəm olmayıb. Mən ispan dilində danışmıram, belə deyək ki, heç o da çox danışan deyil (gülümsəyir). Orada danışmağa vaxt yoxdur: müdafiədə arxaya söykənib oyundan zövq alırsan (gülür)”, - deyə Mirançuk bildirib.

Mirançuk, ehtimal ki, müsahibəsində “Atlanta”nın ispan müdafiəçisi Xuan Berrokalı nəzərdə tutub.

İdman.Biz

Chosen
44
1
idman.biz

2Sources