EN

Zelenski ağır döyüşlərin getdiyi Kupyanskda olub

Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətindəki Kupyansk şəhərinə səfər edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya qoşunları ilə döyüşlərin davam etdiyi şəhərə gələn Zelenski Kupyanskın  müdafiəçilərinə təşəkkür edib, tezliklə bütün şəhərin rus hərbiçlərindən azad ediləcəyini bildirib və oradan video paylaşıb.

 

Xatırladaq ki, bundan əvvəl Rusiya tərəfi dövlət başçısı Vladimir Putin səviyyəsində Kupyanskı nəzarətə götürdükləri barədə məlumat yaymışdı.



Chosen
24
4
senzor.az

5Sources