EN

Nəriman Axundzadə kimin nəvəsidir?

Son günlər ən çox müzakirə olunan mövzulardan biri də futbolçu Nəriman Axundzadədir.

İdmançı "Qarabağ"ın "Ayaks"la sonuncu oyununda uğursuz çıxışından sonra tənqid atəşinə tutulub.

Sosial şəbəkələrdə bir çoxları açıq şəkildə futbolçunu oynaya bilməməkdə ittiham edirlər.

Bəs,bu qədər müzakirə olunan Nəriman kimdir?

Milli.Az xəbər verir ki,əslən Lənkərandan olan Nəriman Axundzadə 23 aprel 2004-cü ildə Bakıda anadan olub. Lənkəranın tanınmış ustası olan usta Nəriman və hərbi polis mayoru Tofiq Mustafayevin nəvəsidir. Axundovlar ailəsinin son beşiyi olan Nərimanın futbol karyerası "Xəzər-Lənkəran" klubundan başlayıb. 12-13 yaşından isə "Qarabağ"ın aşağı yaş klubunda futbol fəaliyyətini davam etdirib.

Chosen
31
1
publika.az

7Sources