Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Odessanın Çernomorsk limanında bu ölkəyə aid yükdaşıma gəmisinin Rusiyanın raket hücmuna məruz qalmasına münasibət bildirib.
Senzor.az bildirir ki, XİN Rusiya-Ukrayna müharibəsinin Qara dənizin təhlükəsizliyini risk altında qoyduğunu vurğulayıb.
"Bununla da əvvəlki narahatlıqlarımız bir daha təsdiqini tapıb. İlk məlumata görə, gəminin şəxsi heyəti və TIR sürücüləri təxliyə edilib. Vətəndaşlarımız arasında zərərçəkən yoxdur. Odessadakı Baş Konsulluğumuz vəziyyəti nəzarətdə saxlayır. Bu hücumdan sonra Rusiya-Ukrayna savaşının sona çatdırılmasının əhəmiyyətli olduğunu bir daha vurğulayır, Qara dənizdə təhlükəsizliyi təmin etmək, enerji və limanlara hücumların qarşısını almaq üçün mexanizmin hazırlanmasına ehtiyac olduğunu xatırladırıq".
Qeyd edək ki, Türkiyə şirkətinə məxsus yükdaşıma gəmisi Odessanın Çernomorsk limanında Rusiyanın raket hücumuna məruz qalıb.