Misli Premyer Liqasında XV tura bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, açılış matçında "Zirə" "Şamaxı"nın qonağı olacaq.

"Qartallar" hazırda 27 xalla 3-cü yerdədir. "Şamaxı" isə 17 xalla 7-ci yerdədir.

Tərəflər arasında ilk dövrədəki oyun "Zirə"nin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Misli Premyer Liqası, XV tur

13 dekabr (şənbə)

14:00 “Şamaxı” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Erkin Hüseynov

Şamaxı şəhər stadionu