EN

Kim Çen In: “Qərbin silahlı quldur dəstələri KXDR ordusuna meydan oxumağa hazır deyil”

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qərb ölkələrinin silahlı qüvvələri, “ultramüasir silahlarla” təchiz olunmalarına baxmayaraq, yüksək döyüş ruhuna malik Koreya Xalq Ordusuna meydan oxumağa hazır deyillər.

Bizimyol.info xəbər verir ki, Koreya Mərkəzi Teleqraf Agentliyinin (KMTА) verdiyi məlumata görə, bu barədə KXDR lideri Kim Çen In bildirib.

“Bu qədər misilsiz, tükənməz mənəvi gücə malik inqilabi ordu ilə vuruşmağa ultramüasir silahlarla silahlanmış Qərbin hərbi dəstələri belə cəsarət etmir”, – deyə Kim Çen In vurğulayıb.

Dekabrın 12-də Pxenyanda Kursk vilayətində minatəmizləmə işlərini yerinə yetirdikdən sonra geri qayıdan koreyalı istehkamçıların qarşılanması mərasimi keçirilib. KXDR lideri bu tədbirdə çıxış edib.

Missiyanın yekunlarına əsasən, Koreya Xalq Ordusunun 528-ci mühəndis-istehkam alayı I dərəcəli “Azadlıq və Müstəqillik” ordeni ilə təltif olunub. Döyüş tapşırığının icrası zamanı 9 koreyalı hərbçi həlak olub, onlara KXDR Qəhrəmanı adı verilib.

İyunun 17-də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu KXDR-yə səfərinin yekunlarına əsasən bildirib ki, Kim Çen In Kursk vilayətinin bərpası üçün 1 000 istehkamçı və 5 000 hərbi inşaatçının göndərilməsi barədə qərar qəbul edib.

Noyabrın 14-də Rusiya Prezidenti Administrasiyasının mətbuat katibi Dmitri Peskov Rusiyanın Kursk vilayətində minatəmizləmə işlərində göstərdikləri fədakar və qəhrəmanlığa görə KXDR istehkamçılarına minnətdar olduğunu bildirib.

2024-cü ilin yayında Rusiya və KXDR hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Sazişdə tərəflərdən birinə silahlı hücum olacağı təqdirdə qarşılıqlı yardım göstərilməsi ilə bağlı müddəa da yer alır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
70
icma.az

1Sources