EN

Boz qurdlar bayquşlar ı qonaq edir

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Misli Premyer Liqasının XV turunun ilk oyun gününə Tovuzda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Turan Tovuz" doğma meydanda "Sabah"ı qəbul edir.

Bu matçı həm də turun mərkəzi görüşü kimi də dəyərləndirmək olar. 13 oyundan (Birinci turda keçiriləməli olan "Sabah" - "Qarabağ" matçı təxirə salınıb) sonra aktivində 28 xal olan "bayquşlar" turnir cədvəlində ikinci, "boz qurdlar" isə 24 xalla beşinci yeri tutur. İlk dövrənin oyununda "Sabah" "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib. 

Qeyd edək ki, turun digər görüşləri sabah və bazar ertəsi keçiriləcək.

Misli Premyer Liqası

II dövrə, XV tur

16:30. "Turan Tovuz" - "Sabah"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev VAR: Nicat İsmayıllıAVAR: Kamran BayramovHakim-inspektor: Rəhim HəsənovAFFA nümayəndəsi: Seymur SəlimliTovuz. Şəhər stadionu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
67
sport24.az

1Sources