Misli Premyer Liqasının XV tura bu gün start verilir.
Offsideplus.az xəbər verir ki, bu turun əsas matçı Tovuzda baş tutacaq.
"Turan Tovuz" "Sabah"ı qəbul edəcək.
Hər iki komanda yuxarı pillələrdə yer tutmaq üçün mübarizə aparır.
Bir oyun əskiyi olan "Sabah" 28 xalla 2-ci yerdədir. "Turan Tovuz" isə 24 xalla 5-ci yeri tutur.
İlk dövrədəki oyun "bayquşlar"ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Misli Premyer Liqası, XV tur
13 dekabr (şənbə)
16:30 “Turan Tovuz” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu