EN

Azərbaycanda uşaq intim videolarını yayan saxlanıldı

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Telegram sosial şəbəkəsində uşaq pornoqrafiyasını yayan şəxsə hökm oxunub.

Lent.az xəbər verir ki, 23 yaşlı Murad İsmayılov (ad və soyad şərtidir) naməlum mənbədən uşaq pornoqrafiyası ilə bağlı materiallar əldə edib. Ümumilikdə 71 belə videonu telegramda özünə məxsus “Turkish” adlı kanalda paylaşıb və üzvlərə təklif edib.

Bundan başqa o, həmin sosial şəbəkədə başqa bir kanalında saxta reklamlar, endirim kampaniyaları, hətta cərimələrin endirimlə ödənilməsi ilə bağlı paylaşımlar edib. Həvəslənən izləyicilər həmin səhifələrə daxil olaraq, özlərinə yaxud qohumlarına məxsus bank kartlarının nömrələrini qeyd ediblər. Nəticədə bu üsulla Murad zərərçəkənlərin ümumilikdə 2000 manatdan çox pulunu “Netflix”, Tiktok, “Bolt-Food” və s. kimi onlayn ödənişlərə xərcləyib.

Bu əməllərinə görə Murad İsmayılov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 171-1.1 (uşaq pornoqrafiyasını yayma), 177.2.2 (təkrar oğurluq), 177.2.3-1 (elektron məlumat daşıyıcıların yaxud informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmək) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.

Yasamal rayon Məhkəməsinin qərarı ilə Murad İsmayılov barəsində 3 il sınaq müddəti tətbiq olunmaqla 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
62
3
lent.az

4Sources