EN

Rəşad Nəbiyev “Meta”nın direktoru ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-də “Meta”nın qlobal əlaqələr üzrə direktoru ilə görüşüb.

Bu barədə nazir özünün sosial şəbəkə hesabında bildirib.

Paylaşımda bildirilib ki, görüş zamanı Azərbaycanın “Meta” ilə rəqəmsal idarəetmə və innovativ həllərin tətbiqi üzrə əməkdaşlıq imkanları, eləcə də regional rəqəmsal ekosistemin inkişafına yönəlmiş birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.

MənbəAPA
Chosen
15
6
banker.az

9Sources