EN

“Real”ı tərk edəcək

David Alaba mövsümün sonunda “Real”dan ayrılacaq.

"Football-plus.az" xəbər verir ki, məşhur insayder Fabritsio Romano X sosial şəbəkəsində tərəflərin yolları ayırmaq barədə qərar qəbul etdiklərini bildirib. Avstriyalı futbolçunun “kral klubu” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyulunda sona çatacaq. Alabanın Madriddə qalmaq istəyinə baxmayaraq klub rəhbərliyi müqaviləni yeniləməkdən imtina edib.

Hazırda 33 yaşlı müdafiəçinin karyerasını davam etdirmək üçün yeganə real variantı Səudiyyə Ərəbistanı klublarıdı. Lakin Davidin Avropa komandalarından da təklif gözlədiyi bildirilir.

Chosen
28
1
football-plus.az

2Sources