EN

Salyanda narkotik satmaq istəyən şəxslər saxlanılıb

Bakı.Trend:

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçiriləntədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənəvvəllər məhkum olunmuş şəxslər Müşfiq Hüseynov və Anar Əsgərovsaxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumatagörə, M.Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddəmetamfetamin, narkotik vasitə marixuana, A.Əsgərovdan isə 2 kqtiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektrontərəzi götürülüb.

Hər iki şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduqlarışəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədiilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan hər ikişəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Chosen
22
32
az.trend.az

10Sources