EN

Bu rayonun dağlıq ərazilərində qarın hündürlüyü 25 santimetrə çatıb

Dekabrın 13-nə olan məlumata əsasən, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən Ekologiya.az-a bildirilib ki, bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Qarın hündürlüyü Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) 25, Parağaçaq Qar Uçqunu Stansiyasında 5, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərində isə 1 santimetr qeydə alınıb.

Chosen
23
ekologiya.az

1Sources