EN

Azərbaycanlı kapitan Ukraynada öldü... Vətən müharibəsindən sağ qayıtmışdı

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

"AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

"44 günlük Vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə "Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmiş tibb xidməti kapitanı Həsənov Qafur Cəmaləddin oğlu Ukraynada gedən müharibədə həlak olub.

Azərbaycan Ordusundan ehtiyata buraxılandan sonra Rusiyaya getmişdi və Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edirdi", - T.Şahmuradov bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
66
20
azpolitika.info

10Sources