EN

Türk ərindən buna görə boşandı, ispan əri daha “inadkar” çıxdı Ani Lorakın çıxılmaz DURUMU FOTO

ain.az bildirir, Bizim media portalına istinadən.

Tanınmış ukraynalı müğənni Ani Lorak (əsl adı: Karolina Kuek) çıxılmaz duruma düşüb.Bizim.Media Rusiya mətbuatına istinadən bildirir ki, əri İsaak Vidjraku müğənnidən İspaniyada ona villa almasını istəyib.

 

Cütlüyün dostlarının sözlərinə görə, kişi soyuq iqlimdən bezib və vətənində dəniz kənarında bir ev istəyir. Üstəlik özü orda daimi yaşamalı, müğənni xanımı isə həftə sonları yanına gəlməlidir.

Xatırladaq ki, Lorak bundan öncə Türkiyənin turizm şirkətlərindən birinin sahibinin oğlu Murad Nalçaçıoğlu ilə evli idi.İş adamı onun razılığı olmadan evlənmələri, o cümlədən cütlüyün qız övladını xaç suyuna salması səbəbində oğlunu mirasdan məhrum etmişdi.

 

Nəticədə Lorak ərini “maliyyələşdirməyə” məcbur olmuş, sonradan isə onun hesabına yaşayan ərinin xəyanəti ucbatından ayrılmışdı. İndi isə taleyin təkrarlanan “oyun”u müğənnini gülünc duruma salıb.

Qeyd edək ki, A.Lorak Ukrayna vətəndaşlığından imtina edib, bu ilin iyun ayında Rusiya vətəndaşlığı alıb.

Şəfiqə Şəfa, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
1
bizim.media

2Sources