EN

Kamboca: Tailand Trampın atəşkəs bəyanatına baxmayaraq bombardmanı davam etdirir...

Phnom Penh iddia edir ki, Tayland Hərbi Hava Qüvvələri F-16-larla Kamboca ərazisini bombalayıb...

Poliqon xəbər verir ki, Kamboca hakimiyyəti Tailandın ABŞ prezidenti Donald Trampın atəşkəs barədə açıqlamalarına baxmayaraq, ölkə ərazisinə hava zərbələrini davam etdirdiyini bəyan edib. AFP agentliyinin Kamboca Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, dekabrın 13-də Tayland hərbçiləri iki ədəd F-16 qırıcısından istifadə edərək müxtəlif hədəflərə ümumilikdə yeddi bomba atıblar.

Kamboca tərəfi bildirir ki, bu hücumlar mübahisəli sərhəd bölgəsində vəziyyətin yenidən kəskinləşdiyini göstərir. Xatırladılır ki, son günlərdə baş verən toqquşmalar nəticəsində azı 20 nəfər həlak olub. Eyni zamanda, ABŞ prezidenti Donald Tramp tərəflərin mübahisəli sərhəd xətti boyunca döyüş əməliyyatlarını dayandırmaq barədə razılığa gəldiklərini açıqlamışdı.

Rəsmi Phnom Penh-in iddiasına görə, Tailandın hava zərbələri atəşkəs razılaşmasının ruhuna ziddir və regionda gərginliyin azalmasına mane olur. Kamboca Müdafiə Nazirliyi beynəlxalq ictimaiyyəti vəziyyətə diqqət yetirməyə və mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün addımlar atmağa çağırıb.

Poliqon.info

Chosen
14
poliqon.info

1Sources