Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə regionlardan olan yeniyetmə cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib.
Apasport.az xəbər verir ki, seminarın məqsədi idmançılar arasında təmiz və ədalətli idman dəyərlərinin təşviqi, dopinqin fəsadları barədə məlumatlılığın artırılması olub.
Tədbirdə beynəlxalq yarışlarda tətbiq olunan anti-dopinq qaydaları, bəzi dərman vasitələrinin tərkibində dopinq elementlərinin ola bilməsi, eləcə də dopinqlə mübarizədə həkim–idmançı–məşqçi əməkdaşlığının vacibliyi barədə ətraflı məlumat verilib.
Cüdo üzrə ölkə çempionatında fərdi mübarizələr başa çatıb - FOTO
Cüdo üzrə ölkə çempionatının açılış mərasimi keçirilib - FOTO
Azərbaycan çempionatında 7 çəkidə qaliblər müəyyənləşib
Cüdo üzrə Azərbaycan çempionatı başlayır
Cüdo üzrə ölkə çempionatının püşkü atılıb