EN

Lukaşenko ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koul ilə danışıqları ikinci gündür davam etdirir

Danışıqlar dekabrın 12-də başlayıb və qapalı formatda keçirilir...

Belarus prezidenti Aleksandr Lukaşenkonun ABŞ prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul ilə dekabrın 12-də başlayan danışıqları bu gün də davam etdirilib.

Poliqon xəbər verir ki, bu barədə Belarusun rəsmi dövlət agentliyi BelTA məlumat yayıb. Görüşün detalları hələlik açıqlanmır.

Məlumata görə, bir gün əvvəl Lukaşenko Minskdə ABŞ nümayəndə heyətini və ona rəhbərlik edən Con Koulu qəbul edib. Danışıqlar qapalı qapılar arxasında baş tutub. Belarus prezidenti görüş zamanı dünyada çoxlu yeni problemlərin yarandığını və onların müzakirəyə ehtiyac duyduğunu bildirib.

Bu, Con Koulun son üç ay ərzində Minskə ikinci səfəridir. Sentyabrda oxşar dialoq çərçivəsində ABŞ Belarusun milli aviadaşıyıcısı “Belavia”ya qarşı sanksiyaları ləğv edib, Minsk isə 52 məhbusu azadlığa buraxıb.

Qeyd olunur ki, noyabrın əvvəlində ABŞ prezidenti Donald Tramp öz hüquqşünası Con Koulu Belarus üzrə xüsusi nümayəndə vəzifəsinə namizəd göstərib. Bu qərar Koulun Aleksandr Lukaşenko ilə apardığı qeyri-rəsmi danışıqlardan sonra verilib. Tramp eyni zamanda məhbusların azad edilməsi məsələsinin həllinə görə Belarusun “yüksək hörmətli prezidenti”nə təşəkkür edib.

Poliqon.info

Chosen
23
poliqon.info

1Sources