EN

Yeni il süfrəsinin ən zərərli VƏRDİŞİ - Qətiyyən bu yeməklərlə içki içməyin!

Ən gözəl və zəngin süfrələrdən olan yeni il masasını hər kəs gözləyir. Amma növbəti günün peşmançılığı da gözləniləndir: əlbəttə ki, bu səhvi etsəniz!

Bizim.Media xəbər verir ki, əslində bol çeşidli süfrədə müxtəlif yeməkləri qarışdırmaq o qədər də qorxulu deyil.
 

Amma spirtli içkiləri salatlarla qətiyyən içmək olmaz. Mütəxəssislər deyirlər ki, bədənin qidanı düzgün həzm etməsi üçün yemək və salat arasında 1-2 saat fasiləyə ehtiyac var.


Arada limonlu su içmək qida və içkiləri balanslaşdıra bilər.

Dietoloqlar yağlı yeməklərlə də spirtli içki qəbul etməkdən çəkinmək lazım olduğunu bildirirlər.

Yeri gəlmişkən, spirtli içki olaraq, quru ağ şərab ən aşağı kalorili seçim hesab olunur.

Bizim.Media

Chosen
29
1
bizim.media

10Sources