EN

ABŞ prezidentinin yeni “Air Force One” təyyarəsinin təhvili gecikir

Bakı. Trend:

“Boeing” şirkəti tərəfindən hazırlanmaqda olan iki yeni “AirForce One” prezident təyyarəsinin birincisinin təhvili daha bir ilgecikərək 2028-ci ilin ortalarına planlaşdırılıb.

Trend xariciKİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələriməlumat yayıb.

Məlumata görə, “Boeing” şirkəti işlərdə irəliləyiş olduğunubildirib:

"ABŞ üçün iki yüksək səviyyəli Air Force One təyyarəsinin təhvilverməyə fokuslanmışıq”.

Qeyd edək ki, bu, layihədə növbəti gecikmədir və ümumilikdəproqram dörd ildir ləngiyir.

Prezident Donald Tramp “Boeing”dən narazılığını ifadə etsə də,alternativ olaraq Avropa istehsalçısı “Airbus”u istisnaetmişdi.

Chosen
67
2
az.trend.az

3Sources