EN

İran: Silahlı qüvvələrimiz müasir texnologiyalarla güclənib

Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran Ordusu Quru Qoşunları Komandanı, briqada generalı Əli Cahanşahi bildirib ki, İran Silahlı Qüvvələri müasir texnologiya sahəsində müəyyən bir güc səviyyəsinə çatıb.Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Cahanşahi Quru Qoşunlarının Cənub-Şərq Regional Qərargahının komandanının andiçmə mərasimində çıxış edib.İran Ordusunun texnoloji cəhətdən inkişaf etmiş silahlara sahib olduğunu vurğulayan Cahanşahi dedi: “(İsraillə müharibədə) hərbi və texnoloji baxımdan, xüsusən də raketlər və PUA sahəsində əməliyyat müstəqilliyimiz var idi. Bu müstəqilliyi yerli istehsal texnologiyamız sayəsində əldə etdik. Silahlı qüvvələrimiz süni intellekt, kvant hesablamaları, pilotsuz uçuş aparatları (PUA) və lazerlər kimi müasir texnologiyalarda söz sahibi ola biləcəkləri bir güc səviyyəsinə çatıb”.

Aytən Yaşar/ Turkustan.az

Facebook

WhatsApp

Telegram

Twitter

Share

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
45
1
icma.az

2Sources