Türkiyədə müşahidə edilən qiymət artımı əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Metbuat.az xəbər verir ki, ölkə başçısı Rəcəb Teyyub Ərdoğan hökumətin insanların sosial vəziyyətini yaxşılaşdırmaq üçün mütəmadi olaraq tədbirlər gördüyünü bildirib. Prezident hər il maaş və pensiyaların artdığını, minimum əmək haqqının məbləğinin yüksəldiyini bildirib. Türkiyə İşəgötürənlər Konfederasiyasının 29-cu qurultayında çıxış edən dövlət başçısı iş adamlarına səslənib: "Kəfənin cibi yoxdur, heç kim özü ilə o biri dünyaya mal-pul aparmayacaq. İşçilərinizin maaşlarını artırın. İşçi yaxşı maaş alsa, yaxşı yaşayar".
Türkiyə liderinin bu sözləri birmənalı qarşılanmayıb. İş adamları Ərdoğana əvvəl dövlət qurumlarında çalışan işçilərin maaşını artırmağı təklif ediblər.