Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan xəstə 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılıb.
Pasiyentin həyatını xilas edən həkim Jalə Müslümova Baku TV-yə danışıb və pasiyentin həyatını xilas etdiyi üçün çox böyük sevinc hissi yaşadığını deyib.
"Allah bizim əməyimizi itirmədi. Sözügedən xəstə cavan olmasına baxmayaraq, 6 uşaq anasıdır. Bir ana öz övladlarının yanına sağlam qayıtdı", - deyə o, sözlərinə əlavə edib.
Daha ətraflı videomaterialda: