EN

Lukaşenko Trampın xahişi ilə 123 məhbusu əfv edib

Əfv olunanlar arasında casusluq, terrorizm və ekstremizm maddələri ilə məhkum edilən müxtəlif ölkə vətəndaşları var...

Poliqon xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampın müraciətindən sonra müxtəlif ölkələrin 123 vətəndaşını əfv edib. Azadlığa buraxılanlar arasında müxalifət liderlərindən biri oaln Mariya Kolesnikova da yer alır.

Məlumata görə, əfv olunan şəxslər casusluq, terror fəaliyyəti və ekstremizm daxil olmaqla müxtəlif istiqamətlər üzrə ağır cinayətlərdə təqsirli bilinərək məhkum edilmişdilər. Belarus hakimiyyəti bildirib ki, bu addım humanitar prinsiplər, ümumbəşəri və ailə dəyərləri əsas götürülərək atılıb və tərəflər arasında münasibətlərin inkişafının sürətləndirilməsinə xidmət edir. Bu barədə “Pervıy Pulu”ya yaxın mənbələr məlumat yayıb.

Qeyd olunur ki, Lukaşenkonun bu qərarı Minsk–Vaşinqton dialoqunda son aylarda müşahidə olunan yumşalma fonunda verilib. Xüsusilə də ABŞ-nin Belarusla münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar fonunda əfv qərarı siyasi jest kimi qiymətləndirilir.

Bundan əvvəl ABŞ-nin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul bəyan etmişdi ki, Vaşinqton Belarus kaliumuna tətbiq olunan sanksiyaları ləğv edir. Analitiklərin fikrincə, məhbusların əfv edilməsi və sanksiyaların yumşaldılması qarşılıqlı etimadın bərpasına və iqtisadi-siyasi əlaqələrin genişlənməsinə hesablanmış addımlardır.

Poliqon.info

Chosen
56
poliqon.info

1Sources