Ötən il narkotik ittihamı ilə məhkum edilmiş ictimai fəal Elbəyi Kərimli cəzaçəkmə müəssisəsində vəfat etməsi haqda sosial şəbəkədə məlumat yayılıb.
Bizim.Media xəbər verir ki, Ədliyyə Nazirliyi məlumatı “Qafqazinfo”ya təsdiqləyib.
Nazirlikdən bildirilib ki, Elbəyi Kərimlinin ölüm faktı ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, E.Kərimli narkotik vasitələri saxlamaqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bizim.Media