EN

Premyer Liqa ulduzunun gözlənilməz sonu: Oskar futbolu niyə tərk edir?

Braziliyalı ulduz yarımmüdafiəçi Oskar peşəkar karyerasını erkən başa vurmaq qərarına gəlib.

Fanat.Az xəbər verir ki, keçirdiyimiz həftələrdə səhətində yaşadığı problemlər səbəbindən xəstəxanaya yerləşdirilən 34 yaşlı futbolçu karyerasını bitirmək qərarını rəsmən elan edib.

Braziliya təmsilçisi "Sao Paulo"dakı məşq zamanı qəflətən halı pisləşən və xəstəxanaya çatdırılan Oskarın ilkin diaqnozu "vazoveqal senkop" (huşunu itirmə) olub. Bu vəziyyət qan təzyiqinin ani düşməsi səbəbindən yaranır.

Baxmayaraq ki, həkimlər bu vəziyyətin Oskarın futbolçu karyerasını davam etdirməsinə hər hansı bir əngəl yaratmadığını bildiriblər, 34 yaşlı təcrübəli oyunçu "Sao Paulo" rəhbərliyinə təqaüdə çıxmaq qərarını çatdırıb.

Uzun illər "Çelsi"nin və Braziliya yığmasının əsas oyunçularından olmuş Oskarın bu erkən qərarı futbol ictimaiyyətində böyük təəssüf hissi ilə qarşılanıb.

Kamil Xudiyev

Chosen
46
1
fanat.az

2Sources