EN

Simonyanın azərbaycanlı Yağmurla dialoqu gündəm oldu – VİDEO

Ermənistan parlamentinin spikeri Alen Simonyan “Uşaq Avroviziyası 2025” beynəlxalq musiqi yarışmasında Azərbaycanı təmsil edən Yağmur Nəsrullayevaya uğurlar arzulayıb.

KONKRET.az xəbər verir ki, yarışma bu il Gürcüstanın paytaxtı Tbilisidə keçirilir.

Yağmur Nəsrullayeva müsabiqədə “Miau Miau” adlı mahnı ilə çıxış edəcək.

Azərbaycanla yanaşı müsabiqədə 17 ölkə iştirak edir. Onlar Albaniya, Ermənistan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San-Marino, İspaniya və Ukraynadır.

Chosen
42
konkret.az

1Sources