EN

Könül Vəlibəylinin qızı palataya köçürüldü

Yasamalda baş vermiş yanğında ağır xəsarət alan Ləman Qulamovanın vəziyyətində irəliləyiş var.

KONKRET.az “Axar.az“a istinadla xəbər verir ki, bu barədə jurnalist Fuad Cəfərov Feysbuk hesabında paylaşım edib:

“Əzizim Könül Vəlibəylinin qızı, gözəlimiz Ləman artıq reanimasiyadan palataya köçdü, vəziyyəti stabildir. Müalicəsi davam edir”.

Qeyd edək ki, Ləman Qulamova Milli Geyim Evinin rəhbəri, sözügedən yanğında həlak olan Könül Vəlibəylinin qızıdır.

Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı üç nəfər həlak olub, 20 nəfər tüstüdən zəhərlənib.

Chosen
56
7
konkret.az

10Sources