EN

“Nazirlik elə nəşriyyat var ki, onlardan 100 minlik…” – Kəramət Böyükçöl

“Mədəniyyət Nazirliyi müxtəlif nəşriyyatlardan və müəlliflərdən hər il kitablar alır. Məsələn, elə nəşriyyat var ki, ondan 100 min manatlıq, 80, 50 min manatlıq kitab alıblar. Elə yazıçılar var ki, onlardan 10 min manatlıq kitab alıblar. Eləsi var ki, 8 min, 7, 5, 4 min manatlıq kitab alıblar. Allahın Bəhram Bağırzadəsindən 9 min 500 manatlıq kitab alıblar. Məndən isə 4500 manatlıq kitab alıblar. Daha dəqiqi, Mədəniyyət Nazirliyi müxtəlif kitabxanalara paylamaq üçün siyasətə qarışmayan “Səkkizinci gün” və “Əlqəmə” romanlarımın hərəsindən 150 ədəd alıb. Bu da 4500 manat edir. Onun da 900 manatını vergiyə ödəyəcəm”. 

KONKRET.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl bildirib.

“Nazirlik mənə havayı pul verməyib, kitabımı alıb. Yəni o siyahıda nə qədər yazıçıların, nəşriyyatların, naşirlərin adı var. Amma bütün saytlar başlığa mənim və atamın adını çıxarır. Çünki bu məsələni cəmiyyətə başqa cür maraqlı eləmək mümkün deyil.

Yeri gəlmişkən, yazıçı dostum Cəlil Cavanşirin toyundayam. Taleyin işinə baxın ki, stolda bütün ölkədə adı “alkaş” çıxan adamdan başqa hamı içir. İndi illərlə dövlət büdcəsini inək kimi sağanlar qalıb qıraqda, cəmiyyət Mədəniyyət nazirliyinin mənim kitabıma verdiyi 4500 manatı müzakirə edir” – deyə Kəramət Böyükçöl qeyd edib.

Chosen
38
5
konkret.az

6Sources