EN

Simon­yan “Uşaq Avroviziyası - 2025” müsabiqəsində Azərbaycan təmsilçisinə uğurlar arzulayıb - VİDEO

Ermənistan parlamentinin spikeri Alen Simonyan Tbilisidə keçirilən "Uşaq Avroviziyası - 2025" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Yağmur Nəsrullayevaya uğurlar arzulayıb.

Day.Az xəbər verir ki, bununla bağlı görüntülər "Telegram"da paylaşılıb.

Qeyd edək ki, hazırda Tbilisidə "Uşaq Avroviziyası - 2025" mahnı müsabiqəsinin 23-cü final mərhələsi keçirilir. Azərbaycan müsabiqədə 12 yaşlı Yağmur Nəsrullayeva ilə təmsil olunur. O, "Miau Miau" adlı mahnı ilə səhnəyə 2-ci nömrə altında çıxacaq.

Həmin videonu təqdim edirik:

Chosen
48
day.az

1Sources