EN

Qəzadan sonra komaya düşən MƏMUR ÖLDÜ

Moskva vilayətinin Reutov şəhər dairəsinin rəhbəri Filipp Naumenko vəfat edib.

Publika.az xəbər verir ki, 39 yaşlı məmurun vəfatı barədə Moskva Vilayət Dumasının sədri İqor Brınçalov özünün "Telegram" kanalında məlumat verib.

“Filipp Anatolyeviç Naumenko dünyasını dəyişdi. Həssas və qayğıkeş insan idi. Enerjili və istedadlı rəhbər idi. Filipp Anatolyeviçi tanıyan və sevən hər kəslə birlikdə kədər hissi keçirirəm”, – deyə paylaşımda bildirilir.

Dekabrın 9-da Naumenkonun avtomobil qəzasından sonra komaya düşdüyü məlum olmuşdu. "Mash" "Telegram" kanalının məlumatına görə, hadisə dekabrın 7-də Moskva vaxtı ilə saat 09:25 radələrində Nijni Novqorod vilayətində M12 magistral yolunun 55-ci kilometrliyində baş verib. İlkin məlumatlara əsasən, məmurun avtomobilini idarə edən sürücü yol şəraitini düzgün qiymətləndirməyib və "KamAZ" markalı yük avtomobili ilə toqquşmaya səbəb olub. Qəza nəticəsində Naumenkonun sürücüsü və yük avtomobilinin sürücüsü yüngül xəsarətlər alıblar.

Chosen
77
4
publika.az

5Sources