Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Ukraynanın Kiber Qüvvələr komandanlığının formalaşdırılmasını 2025-ci ilin sonuna qədər başa çatdırmağı planlaşdırdığını açıqlayıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə RBC-Ukrayna onun Telegram hesabına istinadən məlumat yayıb.
Sırski bildirib ki, hərbi əməliyyatların yüksək intensivliyinə baxmayaraq, qoşunların komandanlıq və nəzarət sisteminin təkmilləşdirilməsi üzrə işlər davam edir.(musavat.com)