EN

Hizbullah İsrailin şərtlərini qəbul etməyəcək

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb.

"Ölkə.az" xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib.

Onun sözlərinə görə,Livan hökuməti ölkənin suverenlik və müstəqilliyini qorumaq öhdəliyini öz üzərinə götürüb. "Hizbullah" da atəşkəs razılaşmasının icrası və Livan hökumətinə dəstək üçün iş görüb.

"Müqavimət hərəkatının Livanın cənubunda hərbi fəallıq etməsi ilə bağlı heç bir sübut yoxdur. İsrail əsassız yerə atəşkəsi pozur. Livan tərəfi də atəşkəs razılaşmasına riayət edir. Buna görə də "Hizbullah" Livan ordusu ilə geniş əməkdaşlığa hazırdır", - Naim Qasem bildirib.

O əlavə edib ki, "Hizbullah" İsrailin kapitulyasiyaya aparan heç bir şərtini qəbul etməyəcək və ABŞ-nin hegemonluğuna təslim olmayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
5
olke.az

6Sources