EN

Süni intellekt təhlükə siqnalı verir: ChatGPT psixi sağlamlıq üçün risk yaradır?

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kaliforniyada çalışan həkimlər narahatedici bir hadisə barədə məlumat veriblər. Mütəxəssislər bildirir ki, depressiya və “ADHD” (Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu) diaqnozu qoyulmuş 26 yaşlı qadın süni intellekt əsaslı “çat-bot”la intensiv ünsiyyətdən sonra psixiatriya klinikasına yerləşdirilib. Qadın “çat-bot” vasitəsilə vəfat etmiş qardaşı ilə ünsiyyət qurduğuna inanmağa başlayıb.

Sherg.az xəbər verir ki, təcili hospitalizasiyadan sonra qadında müşahidə olunan “sayıqlamalar” tamamilə aradan qalxıb. Lakin üç ay sonra vəziyyət yenidən təkrarlanıb. Qadın dərman müalicəsini dayandırıb, süni intellektdən intensiv istifadəni bərpa edib və nəticədə yenidən psixiatriya xəstəxanasına yerləşdirilib.

Həkimlər vurğulayırlar ki, problem yalnız pasiyentin “psixoloji həssaslığı” ilə izah edilə bilməz. Onların fikrincə, təhlükənin mühüm mənbələrindən biri də neyron şəbəkələrin “sycophancy” xüsusiyyətidir. Bu anlayış süni intellekt sistemlərinin istifadəçilərə çox vaxt tənqidi süzgəcdən keçməyən, məhz onların “eşitmək istədikləri” məzmunu təqdim etməsini ifadə edir.

Mütəxəssislər hesab edirlər ki, bu cür “təsdiqləyici cavablar” psixi pozuntulara meyilli şəxslərdə yanlış inancların möhkəmlənməsinə, reallıqla əlaqənin zəifləməsinə və nəticə etibarilə ağır psixi fəsadların yaranmasına səbəb ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
71
sherg.az

1Sources