EN

ABŞ-də universitetdə baş verən atışmada iki nəfər ölüb - Yenilənib

ABŞ-də Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetinin kampusunda baş verən atışma azı iki nəfərin həyatına son qoyub.

"Far.Az" xəbər verir ki, bu barədə "Associated Press" (AP) mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, silahlı insident nəticəsində daha bir neçə nəfər xəsarət alıb.

Şəhərin meri Brett Smayli dekabrın 13-də atışma zamanı iki nəfərin öldüyünü təsdiqləyib. Mer "Fox News" telekanalı tərəfindən yayımlanan mətbuat konfransında deyib: "Mən təsdiq edə bilərəm ki, bu gün günortadan sonra iki nəfər həlak olub, daha səkkiz nəfərin vəziyyəti ağırdır".

Bundan əvvəl Providens polisi insident zamanı ölənlərin olduğunu bildirmişdi.

ABŞ-də universitetdə atışma baş verib.

"Far.Az"un məlumatına görə, bu barədə "ABC" xəbər yayıb.

Hadisə Rod-Aylend ştatının Providens şəhərindəki Broun Universitetinin kampusunda qeydə alınıb.

Mümkün yaralılar və hadisənin səbəbi ilə bağlı heç bir məlumat verilməyib.

"Associated Press"in məlumatına görə, silahlı insidenti törətməkdə şübhəli şəxs saxlanılıb.

Chosen
40
27
far.az

10Sources