EN

Ermənistan Prezidenti müsəlman ölkələrindən olan həmkarları ilə bir arada...

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Aşqabadda Türkmənistanın daimi neytrallığının 30-cu ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində İran Prezidenti Məsud Pezeşkian, İraq Prezidenti Əbdül Lətif Camal Rəşid, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Prezidenti Sadir Japarov və digər həmkarları ilə görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

 

Prezidentlər regional və geosiyasi layihələrin tam şəkildə həyata keçirilməsi, sülh quruculuğu və qlobal problemlərin həlli yolları və vasitələri üçün birgə səylərin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

 

Qlobal problemlərə ortaq həll yolları tapmaq üçün bu cür tədbirlərin və platformaların təklif etdiyi imkanlardan istifadənin vacibliyi vurğulanıb.

Chosen
65
3
senzor.az

4Sources