EN

Azərbaycan kyokuşin karateçiləri dünya çempionatında uğurla çıxış ediblər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya KyokuşinFederasiyasının (KWF) təşkilatçılığı ilə keçirilən dünya çempionatıbaşa çatıb.

Trend xəbər verir ki, dünyaçempionatında Azərbaycan milli komandası 16 idmançı, 2 hakim, 1 başməşqçi və 1 ölkə nümayəndəsi olmaqla, ümumilikdə 20 nəfərlikheyətlə təmsil olunub. Milli komandaya Azərbaycan KarateFederasiyasının baş katibi Qabil Sayadov və KWF-in nümayəndəsi RzaMustafayev rəhbərlik ediblər.

Yarışın yekun nəticələrinə əsasən, Azərbaycan karateçilərimüxtəlif yaş və çəki dərəcələrində medal qazanıblar. Cavid Kazımlı(16-17 yaş, +80 kq) və Selcan Babayeva (+60 kq) qızıl medala layiqgörülüblər. Rəhman Yusubov (14-15 yaş, -75 kq) gümüş medal əldəedib. Vaqif Bəndəliyev (16-17 yaş, -70 kq) və Toğrul Orucov (12-13yaş, -60 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatında həmfərdi, həm də komanda çıxışları ilə ölkəmizi layiqincə təmsil edibvə kyokuşin karate üzrə beynəlxalq arenada mövqelərininmöhkəmlənməsinə töhfə verib.

Chosen
76
26
az.trend.az

10Sources