HƏMAS Qəzza zolağında təşkilatın komandirlərindən biri olan Rəid Səədin İsrailin hücumu nəticəsində həlak olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə HƏMAS-ın Qəzza üzrə nümayəndəsi Xəlil əl-Həyyə videomüraciətində məlumat verib.
Onun sözlərinə görə, hücum zamanı ümumilikdə beş nəfər ölüb.
İsrail ordusu isə şənbə günü Qəzza şəhəri yaxınlığında keçirilən əməliyyat zamanı Rəid Səədin zərərsizləşdirildiyini bəyan edib. Hücum nəticəsində azı 25 nəfərin yaralandığı bildirilir.