EN

"Pənah Hüseynin dostları həbs olunacaq" -

"Pənah Hüseyn provokasiya ilə məşğuldur. Onun məqsədi ictimai rəyi çaşdırmaq və diqqəti başqa səmtə yönəltməkdir. Amma anlamır ki, indi 1992-93-cü illər deyil. Azərbaycan dövləti çox güclüdür, təxribatçıların hamısına yerini göstərəcək". Metbuat.az xəbər verir ki, bu sözləri Turan Partiyasının sədri Cahangir Bayoğlu deyib. Siyasətçi Reaksiya TV-yə açıqlamasında sabiq baş nazir Pənah Hüseynin Ramiz Mehdiyevin həbsina dair açıqlamalarını sərt tənqid edib: "Bunların ağlı 1992-ci ilə gedib. Qarşınızda Qarabağ zəfərinə imza atmış güclü Azərbaycan var. Dövlət hamınızın əməllərindən xəbərdardır və sizi layiq olduğunuz yerə göndərəcək".

Bayoğlu Pənah Hüseynə xəbərdarlıq edib: "O, bütün iqtidarla oynamağı bacarıb. Amma indi əvvəlki dövr deyil. Başa düşür ki, dostları bir-bir həbs olunacaq. Pənah Hüseyn dostlarını həbsdən qurtarmaq üçün suyu bulandırır. Ondan bu mövqeyindən əl çəkməyi tələb edirəm. Gizli anlaşmaları üzə çıxsa, biabır olacaq".

Chosen
68
5
metbuat.az

6Sources